Neft qiymətləri artmaqda davam edir
Bunu ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqələndirirlər
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 1,57% artaraq 1 barelə görə 81,01 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin bir barelinin qiyməti də 1,44% artaraq bir barelə görə 76,84 ABŞ dollarına bərabər olub.