XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşır

"Azeri Light"ın bir  barelinin qiyməti 1 % azalıb

Azərbaycan nefti ucuzlaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir  barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 1 % azalaraq 89,77 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 88,3 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.