Azərbaycan nefti yenidən 100 dolları ötdü
“Azeri Light”ın bir barelinin qiyməti 2,12 dollar artıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,12 dollar artaraq 101,16 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.