Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq
Bu barədə Qərb mətbuatı xəbər verir

Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdikləri yeni sanksiyalar paketindən sonra Rusiya Hindistana satdığı “Urals” markalı neftin qiymətində əhəmiyyətli güzəşt edib.
Qərb mətbuatı xəbər verir ki, noyabr ayı üçün daxil olan sifarişlərdə Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq.
Rəsmi Vaşinqtonun ABŞ-a idxal edilən Hindistan mallarına 50 faiz rüsum tətbiq etməsinə baxmayaraq ucuz neft Hindistanın neftayırma zavodlarını daha çox cəlb edir. Noyabr ayında Hindistan Rusiyadan neft idxalını artıraraq sutkada 1,7 milyon barelə çatdıracaq ki, bu da sentyabrdakı idxaldan 6 faiz çoxdur.
Hindistan Yaxın Şərqdən və Afrika ölkələrindən də neft almaq üçün məsləhətləşmələr aparır.