Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı enib
"Azeri Light"ın bir bareli üzrə qiyməti 2,33% azalıb
 
                                Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,34 dollar və ya 2,33% azalaraq 97,77 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            