XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 120 dollara endi

"Azeri Light" neftinin əvvəlki qiyməti 140,68 ABŞ dolları təşkil edib

Azərbaycan neftinin qiyməti 120 dollara endi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

     Azərbaycan neftinin 1 barelə olan qiyməti 20,24 ABŞ dolları və ya 14,4% azalaraq 120,44 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 140,68 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.