XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,05 ABŞ dolları və ya 4,04 % azalaraq 119,98 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 126,11 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,2 % azalaraq 114,84 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.