Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Məlumat Dünya birjalarından gəlib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,83 ABŞ dollar və ya 2,58% artaraq 72,78 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,95 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.