Azərbaycan neftinin qiyməti 74 dollara düşdü
Dünya bazarında "Azeri Light"ın 1 barelinin qiyməti 0,86 % azalı

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Dünya bazarında "Azeri Light" neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalaraq 74,75 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.