Surət Hüseynov dəfn olundu
64 yaşlı S.Hüseynov iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib
Keçmiş baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.
Onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə Surət Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər. Daha sonra sabiq baş nazir 4 saylı qəbiristanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 64 yaşlı S.Hüseynov iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.