XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti artıb

"Azeri Light"ın 1 barelinin qiyməti 0,95 % artıb

Azərbaycan neftinin qiyməti artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftin qiyməti cüzi artıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,95 % artaraq 87,22 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.