XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşır

"Azeri Light"ın bir barelinin qiyməti 1,77 % azalıb

Azərbaycan nefti ucuzlaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,51 ABŞ dolları, yaxud 1,77 % azalaraq 83,83 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 81,13 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

    Dünya birjalarında da neft ucuzlaşıb.

    Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,24 dollar azalaraq 81,13 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar azalaraq 77,16 dollar təşkil edib.