Cefri Pyatt Səngəçal terminalı ilə maraqlanıb
ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Azərbaycanda səfərdədir
ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt Azərbaycana səfəri çərçivəsində Səngəçal terminalında olub. Bu barədə cümə günü, iyunun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Cefri Pyatt qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi, enerji keçidi və səmərəlilik sahəsində mühüm tərəfdaşdır”, - səfirliyin bəyanatında deyilir.