XƏBƏRLƏR / Neft və Qaz

"Qazprom" Türkiyədə “ən böyük qaz mərkəzi"ndən vaz keçdi

Bu barədə "Bloomberg" mənbələrə istinadən yazır

"Qazprom" Türkiyədə “ən böyük qaz mərkəzi"ndən vaz keçdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın “Qazprom” şirkəti Putinin Türkiyədə “ən böyük qaz mərkəzi” yaratmaq layihəsindən imtina edib, "Bloomberg" mənbələrə istinadən yazır.

    Şirkət “Şimal axını” boru kəmərlərini sıradan çıxaran partlayışlar və Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması fonunda yeni mərkəzi Avropa bazarlarında öz mövqeyini bərpa etmək üçün potensial imkan kimi qiymətləndirib.

    "Bloomberg" layihənin ləğv edilməsinin mümkün səbəbləri arasında Türkiyənin Ankaranın sadəcə tədarükçüsü kimi baxdığı Rusiya şirkəti ilə birgə qaz satmaq istəməməsini, eləcə də Cənubi Avropaya Türkiyə qaz kəmərlərinin məhdud imkanlarını göstərir.

    Agentliyin mənbələri bildirir ki, mərkəzin yaradılması ideyası əvvəlcə “Qazprom”dan gəlməyib və ola bilər ki, Kremlə yaxın siyasi dairələrdə yaranıb. Rusiya diktatoru bunu 2022-ci ildə səsləndirib. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin qovşağın layihəsini daha bir neçə dəfə xatırladıb.

    “Qazprom” Ukrayna ilə müharibədən ən çox zərər çəkən Rusiya şirkətlərindən biri oldu. Martın sonunda media şirkətdə “islahat”ın (işçilərin küçəyə atılması) başlaması haqqında yazmışdı ki, bu da Kremlə şirkəti geosiyasi silah kimi qoruyub saxlamağa kömək etməli idi.

    O vaxtdan “Qazprom” fəal şəkildə xərcləri azaldır – məsələn, şirkətin rəhbəri Aleksey Miller baş ofisdə 1500 əməkdaşın işdən çıxarılması planını təsdiqləyib.