Qazaxıstan daxili bazarda neft qıtlığı problemi ilə üzləşib
Bu barədə “Bloomberg" xəbər yayıb
Qazaxıstan Avropa enerji bazarında Rusiya xammalının itirilmiş həcmlərini kompensasiya etmək üçün daxili bazarda neft qıtlığı problemi ilə üzləşib. “Bloomberg” “Kaztransoil” dövlət operatorunun statistikasına istinadən xəbər verir ki, ölkə “Drujba” boru kəməri ilə avropalı tərəfdaşları təmin etmək üçün kifayət qədər yanacaq tapa bilməyib.
“Almaniya bu rübdə ümumilikdə 40 min ton Qazaxıstan neftini tədarük edəcək. Bu, ilkin planlaşdırılandan demək olar ki, 90% azdır".
Bundan əlavə, qazaxıstanlı xammal istehsalçıları ehtiyat edirlər ki, “Drujba” vasitəsilə ixrac digər istiqamətlərdə olduğu kimi sərfəli olmayacaq. Ona görə də onlar Avropaya çatdırılma həcmini kəskin şəkildə artırmağa tələsmirlər.