Azərbaycan qaz hasilatını artırıb
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında xəbər verib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində ölkədə qaz hasilatının artdığı haqda xəbər verib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kondensatı hasilatı 21,6 milyon ton, ixrac həcmi isə 17,9 milyon ton təşkil edib.
Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə hasil edilən 37,1 milyard kubmetr qazdan 18,4 milyard kubmetr qaz ixrac edilib.
Bu il Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac edilib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetrə yaxın qaz ixrac edilib.
Hesabat dövründə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac edilib. Bu müddət ərzində TANAP vasitəsilə Türkiyəyə 4,2 milyard kubmetr qaz ixrac edilib.