XƏBƏRLƏR / Neft və Qaz

Hasil edilən neftin 77%-dən çoxu ixrac olunub

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat yayıb

Hasil edilən neftin 77%-dən çoxu ixrac olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin yanvar ayına olan məlumatlara görə, hasil edilmiş 2.7 milyon ton neftin 2.1 milyon tonu, yəni 77.7%-i ixrac edilib. Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında məlumat yayıb.

    Nazir qeyd edib ki, yanvarda 4% artımla hasil edilmiş 4.2 milyard metrkub qazın 2.2 milyardı ixrac olunub.