Azərbaycan neftinin Ceyhandan daşınması bərpa edildi
Bu barədə BP Azərbaycan şirkəti xəbər verir
Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından daşınması bərpa edilib. Bu barədə BP Azərbaycan şirkəti xəbər verir. "Bu gün günortadan sonra BTC terminallarında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib", - BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Fevralın 6-da Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində BTC boru kəmərinin Türkiyədəki operatoru (Botaş International Anonim Şirketi (BIAS)) tərəfindən Ceyhan terminalında tankerlərin yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycandan nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan terminalına çatdırılır və oradan tankerlərlə dünya bazarına daşınır.