Azərbaycan nefti yenə bahalaşdı
"Azeri Light"ı bir barelinin qiyməti 0,71% artıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,71% və ya 0,68 dollar artaraq 96,43 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.