XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0,71 ABŞ dolları və ya 1% artaraq 71,25 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,54 ABŞ dolları idi.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.