Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
"Azeri Light"ın ən yuxarı qiyməti 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2.34 ABŞ dolları bahalaşaraq 88,70 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.