XƏBƏRLƏR / Neft və Qaz

Fransa rekord həddə Rusiya qazını almaqda davam edir

Makron hakimiyyəti Avropanın Rusiyadan təbii qaz idxalını qadağan etmək planının əlehinə çıxıb

Fransa rekord həddə Rusiya qazını almaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransa və Belçika Aİ rəhbərliyinin 2027-ci ilin sonuna qədər mövcud müqavilələr çərçivəsində Rusiyadan boru kəməri və mayeləşdirilmiş təbii qaz idxalını qadağan etmək planını dəstəkləməkdən imtina ediblər.

    Adı çəkilən ölkələrin nümayəndələri “belə bir addımın iqtisadi və hüquqi nəticələri barədə əlavə məlumatlara” ehtiyac duyduqlarını bildiriblər. Aİ-nin təklifləri həyata keçirilməsi üçün bütün üzv dövlətlərin razılığını tələb edir. Macarıstan və Slovakiya Avropa Komissiyasının Rusiyanın enerji resurslarından asılılığını tamamilə aradan qaldırmaq planını artıq rədd ediblər.

    Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Aİ-yə Rusiya enerjisindən asılılıqdan tamamilə qurtulmağa imkan verəcək yol xəritəsini təqdim edib. O, Aİ-nin təmiz enerjiyə keçidi zamanı Rusiyanın neft, qaz və nüvə enerjisinin koordinasiyalı və təhlükəsiz şəkildə Aİ bazarlarından tədricən çıxarılmasını nəzərdə tutur. 2025-ci ilin sonuna qədər Aİ ölkələri Rusiyanın enerji resurslarının idxalından tədricən imtinanı necə asanlaşdıracaqlarını göstərən milli planlar hazırlayacaqlar.