Azərbaycan neftinin qiyməti düşüb
"Azeri Light" neftinin 1 barelinin qiyməti 1,12 % azalıb
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Dünya bazarında "Azeri Light" neftinin 1 barelinin qiyməti 0,89 ABŞ dolları, yaxud 1,12 % azalaraq 78,25 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.