XƏBƏRLƏR / Hərbi

Azərbaycan Ordusu SİVRİSİNEK sursatını əldə edib

Bu barədə Türkiyənin "SavunmaSanayiST" nəşri xəbər verir

Azərbaycan Ordusu SİVRİSİNEK sursatını əldə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "SavunmaSanayiST" xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyənin "Baykar" şirkətinin hazırladığı SİVRİSİNEK arama sursatını qəbul edib.

    "Baykar"ın verdiyi məlumata görə, sistem 1000 km-ə qədər əməliyyat məsafəsinə malikdir, 9 saatdan artıq havada qala bilir və 20 kq-a qədər çəkidə döyüş başlığı daşıyır.

    SİVRİSİNEK katapultla buraxılır və süni intellektə əsaslanan avtonom naviqasiya və hədəf aşkarlama sistemləri ilə təchiz edilib.

    Xüsusiyyətlər:

    məsafə - 1000 km-ə qədər;

    maksimum uçuş çəkisi - 76 kq;

    faydalı yük - 20 kq-a qədər;

    kruiz sürəti - təxminən 102 km/saat;

    maksimum - təxminən 130 km/saat;

    Uçuş müddəti 9 saatdan çoxdur.