Türkiyə Rusiyanın S-400-nü Fars körfəzi ölkəsinə satır
Rəsmi Moskva bu haqda artıq öz müvqeyini bildirib YENİLƏNİB
15:54
Bloomberg xəbər verir ki, Türkiyə hələ də Rusiya ilə S-400-ün üçüncü ölkəyə verilməsi ilə bağlı danışıqlar aparır.
Hazırda S-400 Türkiyə ilə silahlansa da, döyüş rejimində istifadə olunmur.
***
14:04
Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini satması mövzusu olduqca həssas məsələdir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələ üzrə Türkiyə ilə təmasları olub və bu təmaslar davam edəcək.
Qeyd edək ki, Türkiyə mediası bu gün Ankaranın ABŞ-ın sanksiyalarından yayınmaq üçün S-400-ləri Körfəz ölkələrindən birinə satdığına dair məlumat yayıb.
***
11:33
Türkiyə mediasının məlumatına görə, Türkiyə əvvəllər Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemləri alıb və Fars körfəzi ölkəsinə satıb.

2019-cu ildə ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyəni F-35 proqramından kənarlaşdırıb. Vaşinqton qərarını S-400 və F-35-in eyni silahlı qüvvələr tərəfindən istifadəsinin S-400 sisteminin qırıcı təyyarənin zəiflikləri barədə məlumat toplamasına imkan verə biləcəyi ilə bağlı narahatlıqları ilə izah edib.
1 dəqiqə