Azərbaycan Ordusunun 2 zabiti Çin akademiyasını bitirdi
Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Komandanlıq Akademiyasının buraxılış mərasimi olub

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Komandanlıq Akademiyasının “Qərargah zabiti kursu”nun növbəti buraxılış mərasimi olub.
Azərbaycan Ordusunun 2 zabiti akademiyanı müvəffəqiyyətlə bitirərək qırmızı diplom, vəsiqə və döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, “Qərərgah zabiti kursu” çərçivəsində 21 ölkədən 47 əcnəbi hərbçi təlim keçib.