Kritik ərazilərdə minatəmizləmə işləri aparılır
Bunu Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədr müavini Samir Poladov deyib
"Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır".
Bunu Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq işlərə başlanılıb: "Həmin ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyib. Bu mənada qismən zəruri tədbirlər həyata keçiririk".