XƏBƏRLƏR / Hərbi

Azərbaycan Ordusunun əsgəri vəfat edib

Hazırda istintaq gedir

Azərbaycan Ordusunun əsgəri vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

    Quliyev Şirxan Söhrab oğlu ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat edib.

    Müdafiə Nazirliyi faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

    Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib ki, ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

    Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.