Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur
Erməni yalanları qəti təkzib edilir
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.
***
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır.