XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan ötən il 25 ölkəyə neft ixrac edib SİYAHI

Dövlət Gömrük Komitəsi hesabat dərc edib

Azərbaycan ötən il 25 ölkəyə neft ixrac edib  SİYAHI
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən il Azərbaycan İtaliyaya 6 754 416,21 min ABŞ dolları dəyərində 10 950 355,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin hesabatında verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 081 932,85 min dollar dəyərində 1 770 234,87 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Ötən il bu ölkəyə 873 398,61 min dollar 1 436 178,46 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

    Siyahıdan göründüyü kimi, hesabat dövründə 25 ölkəyə 14 437 355,99 min dollarlıq 23 596 132,23 ton neft ixrac edilib.

    Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

    Ölkələr

    Miqdar (ton)

    Statistik dəyər

    Cəmi

    23 596 132.23

    14 437 355.99

    1.

    İtaliya

    10 950 355.57

    6 754 416.21

    2.

    Çexiya

    1 770 234.87

    1 081 932.85

    3.

    Xorvatiya

    1 436 178.46

    873 398.61

    4.

    Hindistan

    1 168 876.01

    729 796.92

    5.

    Almaniya

    1 164 752.04

    726 014.74

    6.

    İsrail

    1 173 002.75

    713 268.03

    7.

    Portuqaliya

    1 005 213.63

    631 169.31

    8.

    Rumıniya

    750 196.86

    437 801.43

    9.

    Böyük Britaniya

    659 515.53

    396 129.55

    10.

    Tunis

    446 158.56

    279 670.09

    11.

    Tailand

    376 876.12

    234 238.66

    12.

    Türkiyə

    430 522.14

    232 411.46

    13.

    Yunanıstan

    368 732.32

    224 266.99

    14.

    İndoneziya

    310 833.01

    178 463.01

    15.

    Serbiya

    241 179.61

    151 905.17

    16.

    İspaniya

    250 395.80

    142 979.29

    17.

    İrlandiya

    236 571.80

    139 774.63

    18.

    Niderland

    168 985.69

    106 838.99

    19.

    Fransa

    152 571.03

    88 203.85

    20.

    Uruqvay

    138 719.62

    85 099.83

    21.

    Vyetnam

    138 495.13

    77 885.77

    22.

    Polşa

    90 150.50

    57 363.56

    23.

    Avstriya

    85 868.91

    47 903.69

    24.

    Bolqarıstan

    80 853.09

    45 989.25

    25.

    Özbəkistan

    893.20

    434.0