XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib

Qeyd edək ki, dövlət başçısının imzadığı sərəncam 220 şəxsə şamil olunub

Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev 16 əcnəbini əfv edib.

    Onlardan 5 nəfəri İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır.

    Qeyd edək ki, dövlət başçısı mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam 220 şəxsə şamil olunub.