XƏBƏRLƏR / İctimaiyyət

Bakılı Beqlov Azərbaycana səfər edəcək

Sankt-Peterburqun qubernatoru bir sıra istiqamətlərdə Azərbaycanla razılaşma əldə etməyə ümidlidir

Bakılı Beqlov Azərbaycana səfər edəcək
Aleksandr Beqlov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

    Bu barədə jurnalistlərə açıqlamasında Beqlov özü məlumat verib.

    Onun sözlərinə görə, hazırda bu səfərə hazırlıq gedir.

    Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq çərçivəsində Sankt-Peterburqun ölkəmizlə münasibətlərinin müsbət inkişaf etdiyini söyləyən qubernator bildirib ki, Peterburq Azərbaycanla dostluq edir və birgə layihələr həyata keçirir: "Sankt-Peterburqda böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Hazırda mənim Azərbaycana səfərimə hazırlıq gedir. Yaxın vaxtlarda Azərbaycanı ziyarət etməliyəm. Bir sıra istiqamətlərdə Azərbaycanla razılaşmalıyıq. Birgə böyük layihələrimiz var", - Rusiyanın şimal paytaxtının qubernatoru vurğulayıb.

    Qeyd edək ki, Aleksandr Dmitriyeviç Beqlov 1956-cı ildə Bakıda hərbçi ailəsində anadan olub.