XƏBƏRLƏR / İctimaiyyət

Eldar Mahmudov Riad Əhmədovun dəfnində FOTO

Mərhum Riad Əhmədov Eldar Mahmudovun bacısının həyat yoldaşı olub

Eldar Mahmudov Riad Əhmədovun dəfnində FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov uzun müddət sonra ilk dəfə ictimaiyyət arasında çıxıb.

    Eks-nazir bu gün səhər Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vida mərasimində görünüb.

    Xatırladaq ki, mərhum Riad Əhmədov Eldar Mahmudovun bacısının həyat yoldaşı olub.

    Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

    E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.

    Riad Əhmədovun 30 ildən sonra Qarabağda tapılan nəşinin bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.