Türkiyə Qəzzaya yardım göndərdi
Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb

Kayseri Hava Limanında təxminən 8 ton dərman və tibbi ləvazimat yüklənən Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanlığına aid C-130 Hercules tipli təyyarə, aralarında 9 səhiyyə işçisi də daxil olmaqla, saat 08.00-da Əl-Ariş hava limanına doğru hərəkət edib.
Yaralıların müalicəsində Misir Səhiyyə Nazirliyi ilə aparılmış planlar çərçivəsində tibb qrupu çalışacaq.
İndiyədək Türkiyədən Qəzzaya 11 təyyarə, bir gəmi, təxminən 700 ton humanitar yardım və tibbi ləvazimat, 8 səhra xəstəxanası və 20 təcili yardım maşını Əl-Arişə gəlib.