Bakı Ekspo Mərkəzində “AIREX 2026” Daşınmaz Əmlak Sərgisi
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva sərgi ilə tanış olublar
Bakı Ekspo Mərkəzində noyabrın 4-də Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “AIREX 2026” Sərgisi ilə tanış olublar.
Noyabrın 6-dək fəaliyyət göstərəcək sərgidə Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edir.
Tədbirə 20 min ziyarətçinin qatılacağı proqnozlaşdırılır.
1 dəqiqədən az