XƏBƏRLƏR / İctimaiyyət

Ələt-Astara yolunda ağır qəza

Ölən və yaralılar var

Ələt-Astara yolunda ağır qəza
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Salyanda ağır yol qəzası baş verib.

    Hadisə yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Məlumata görə, “Mercedes” markalı avtomobil digər iki maşınla toqquşub. Qəza nəticəsində bir nəfə dünyasını dəyişib.

    1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.