Uşağın doğulması üçün birdəfəlik ödəniş 1500 AZN olacaq
Müvafiq dəyişikliklər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə edilib
Azərbaycanda uşağın doğulması üçün birdəfəlik ödənişin artırılması gözlənilir.
Müvafiq dəyişikliklər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılan "2027-ci il üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsi haqqında" qanun layihəsində yer alıb.
Sənəd layihəsinə əsasən, uşağın doğulması üçün birdəfəlik ödəniş gələn il 1500 manat olacaq. 2026-cı ildə bu müavinət 600 manat idi. Bu o deməkdir ki, dövlət ödənişi 900 manat artacaq.
Bundan əlavə üç yaşınadək uşaqlara qulluq edən sığortalı analara ödənilən aylıq müavinətin kəskin şəkildə artırılması gözlənilir.
Bu, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılan "2027-ci il üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsi haqqında" qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsinə əsasən, bu müavinətin adambaşına düşən məbləği 37,58 manatdan 100 manata qədər artırılacaq.
1 dəqiqə