XƏBƏRLƏR / İctimaiyyət

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov deyib

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.

    O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir:

    "Dövlət Təhülükəsizliyi Xidmətinin Tibb İdarəsinin tərkibindəki laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".