XƏBƏRLƏR / İctimaiyyət

Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib

Sabiq deputat Ramana qəbiristanlığında dəfn ediləcək

Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib.

    Vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

    Qeyd edək ki, sabiq deputat Ramana qəbiristanlığında dəfn ediləcək.

    Xatırladaq ki, Fəzail Ağamalı dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib.