Fəzail Ağamalı bu gün Ankarada vəfat edib
Ana Vətən Partiyasının sabiq sədri uzun sürən xəstəlikdən əziyyət çəkirdi
Sabiq deputat, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı vəfat edib.
Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra bu gün Ankarada vəfat edib.
Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Müxtəlif ali təhsil müəssisələrində müəllim, dosent və professor kimi fəaliyyət göstərib O, Azərbaycan Milli Məclisinin I–VI çağırış deputatı olub, həmçinin 1992–1994-cü illərdə sosial təminat və əmək sahəsində dövlət vəzifələrində çalışıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" yayıb.
1 dəqiqədən az