Qarabağdan köçən ermənilərlə bağlı heç bir insident olmaylb
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani deyib
Qarabağı tərk edən ermənilərlə bağlı heç bir insident qeydə alınmayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsindən əhalinin Ermənistana miqrasiyası ilə bağlı sualları cavablandırıb.
“Anadolu” müxbirinin “Bu insanlarla səfərləri zamanı pis rəftar halları qeydə alınıbmı?” sualına cavabında. Belani belə cavab verib: "İndiyə qədər heç bir insident qeydə alınmayıb. Pis rəftar halları qeydə alınmayıb. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətin vəziyyətdir. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb. ."