Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində
Mobil operatorlar işğaldan azad olunmuş ərazilərimizdə baza stansiyalarını quraşdırmağa davam edir
Ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı. Azercell komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və Xocalıda da Azercell şəbəkəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Azercell-in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Məlumat üçün bildirək ki, hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.