Qarabağdan Ermənistana könüllü keçənlərin axını dayanıb
Bu barədə "Azərtac"ın Laçın DSKM-dəki müxbiri xəbər verir
"Azərtac" xəbər verir ki, Qarabağdan Ermənistana könüllü köçən sakinlərin axını səngiyib, yol boşalıb.
Erməni nağılbazları indiyədək Laçın DSKM-dən Ermənistana 98 min (?!) sakinin keçdiyini deyir (Belə çıxır ki, orta hesabla məntəqədən hər 3 saniyədə bir adam keçib).
Azərbaycan tərəfi hələ də könüllü keçənlər barədə bir rəqəm deməyib.