XƏBƏRLƏR / İctimaiyyət

XİN Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama verdi

Fitnes məşqçisi Rusiyada saxlanılıb

XİN Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama verdi
Kamil Zeynallı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

    Nazirlikdən bildirilib ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

    “Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

    Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

    Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq:

    “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir”.

    Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

    Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

    Ermənistanın Baş Prokurorluğu isə bəyan edib ki, İrəvanın sorğusu əsasında azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı onlarda rəsmi məlumat yoxdur.