XƏBƏRLƏR / İctimaiyyət

İitkin-şəhid Ələsgər Mirzəliyev Cəbrayılda dəfn edilib

O, 1993-cü il oktyabrın 24-də Cəbrayılın Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə itkin düşüb

İitkin-şəhid Ələsgər Mirzəliyev Cəbrayılda dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən vida mərasimi başa çatıb.

    Ə.Mirzəliyevin nəşi Cocuq Mərcanlı kəndi “Lələtəpə” kənd qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.