XƏBƏRLƏR / Rəsmi

Azərbaycan Prezidenti qəbullar keçirir

YENİLƏNİB

Azərbaycan Prezidenti qəbullar keçirir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:36

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

    Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

    Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib.

    Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.

    ***

    13:08


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

    Söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.

    “Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edilib, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirilib.

    Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verilib.

    Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.