XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Qəzzaya qoşun göndərməkçün BMT təsdiqini istəyir

Bu barədə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Mayk Voltz Bloomberg-ə deyib

Azərbaycan Qəzzaya qoşun göndərməkçün BMT təsdiqini istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi: Azərbaycan Qəzza zolağına qoşun göndərməzdən əvvəl BMT-nin təsdiqində israr edir.

    Azərbaycan və digər ölkələrin Qəzza zolağında sülhməramlı missiyada iştirak etmək üçün daxili qanunvericiliyində və ya konstitusiyalarında "BMT möhürü və Təhlükəsizlik Şurasının xeyir-duası"na ehtiyacı var. Bunu Sinqapurda Bloomberg tərəfindən təşkil edilən Yeni İqtisadiyyat Forumunda çıxış edən ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Devid Valts bildirib.

    O, həmçinin qeyd edib ki, ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılması üçün hərbi kontingentlərin yerləşdirilməsi ilə bağlı Azərbaycan və İndoneziya ilə danışıqlara müsbət yanaşır.