XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan-Qırğızıstan arasında ikiqat vergitutma olmayacaq

Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb

Azərbaycan-Qırğızıstan arasında ikiqat vergitutma olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

    Prezident İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

    Sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

    Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.