XƏBƏRLƏR / Kriminal

Azərbaycan sərhədini keçən İran vətəndaşları saxlanılıb

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib

Azərbaycan sərhədini keçən İran vətəndaşları saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb. 

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

    Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

    Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.