Ermənistan minaları azərbaycanlıları öldürməkdə davam edir
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilir
Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində ölümcül erməni mina təhlükəsi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Ermənistanın mina təhlükəsi azərbaycanlıları öldürməkdə davam edir".
Dünən və bu gün bir ANAMA əməkdaşı Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb.
Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.
Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir".